İmişlidə avtomobillə motosiklet toqquşub

İmişlidə avtomobillə motosiklet toqquşub
# 16 may 2016 13:31 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişlidə iki nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün günorta saatlarında Heydər Əliyev prospektində 1967-ci il təvəllüdlü Əhmədov Vüqar Firudin oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə 1978-ci il təvəllüdlü Fərəcov Asim Mürşüd oğlunun idarə etdiyi motosiklet toqquşub.

Nəticədə motosikletin sürücüsü və sərnişin, 1971-ci il təvəllüdlü Baloğlanov Sahib Baloğlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR