Əyyub Quliyev Azərbaycanı beynəlxalq opera layihəsində təmsil edib

Əyyub Quliyev Azərbaycanı beynəlxalq opera layihəsində təmsil edib
# 02 may 2016 07:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. T. Satılqanov adına Qırğızıstan Akademik Milli Filarmoniyasında “Diva dell Opera” başlığı altında beynəlxalq opera layihəsi təşkil olunub.

APA-nın məlumatına görə, layihəyə Rusiya, Qırğızıstan və Azərbaycanın tanınmış musiqiçiləri qatılıb. Konsertdə Azərbaycanı Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev təmsil edib. A.Jumakmatov adına Qırğızıstan Dövlət Akademik Simfonik Orkestri, A.Maldıbayev adına Akademik Opera Teatrının xoru və azərbaycanlı dirijor Əyyub Quliyevin ifasında dünya klassik opera nümunələri - C.Verdi, C.Puccini, P.Maskanyi, A.Dvorjakın əsərləri ilə bərabər, L.Delib, F.Leqar, L.Arditi, M.Lara, A.Maldabasanov və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin müxtəlif səpkili əsərləri səslənib.

Tədbirdə Qırğızıstanın birinci xanımı Raisa Atambayeva, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov və diaspor nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR