Hacıqabulda üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

Hacıqabulda üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb
# 12 avqust 2016 04:37 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonu Rəncbər kənd sakini 2013-cü il təvəllüdlü Qafarov Yusif Kamil oğlu üzərinə manqalın aşması nəticəsində ağır xəsarətlər alıb. Qara ciyərin və mədəaltı vəzinin əzilməsi, daxili qanaxma, kəllə-beyin travması və 4-cü dərəcəli postravmatik şok diaqnozu ilə ötən gün saat 17 radələrində Şirvan rayon Mərkəzi Xəstəxanasına daxil olan Y. Qafarov təcili əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib, lakin onu xilas etmək mümkün olmayıb. O, bu gün saat 4 radələrində dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan rayon şöbəsinə göndərilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR