Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sabah Ermənistana səfər edəcək

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sabah Ermənistana səfər edəcək
# 04 iyul 2016 16:42 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber sabah Ermənistana səfər edəcək.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Piter Svitalski bildirib.

Piter Svitalski deyib ki, səfər çərçivəsində H. Salberin Ermənistan prezidenti Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır.

“Cari səfər onu sübut edir ki, Avropa İttifaqı regiondakı rolunu və iştirakını artırmaq istəyir”, - deyə P. Svitalski qeyd edib.

Onun sözlərinə görə, münaqişələrə münasibətdə kompleks münasibət Aİ-nin strategiyasında vacib yer tutur.

O, həmçinin qeyd edib ki, Aİ Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır.

Qeyd edək ki, H. Salber Azərbaycana da səfər edəcək. Səfər iyulun ikinci on günlüyünə nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR