Bakıda “Buzlar diyarı” tamaşasının premyeranın tarixi açıqlanıb

Bakıda “Buzlar diyarı” tamaşasının premyeranın tarixi açıqlanıb
# 13 iyul 2016 11:32 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin müştərək layihəsi çərçivəsində hazırlanan “Buzlar diyarı” tamaşasının premyeranın tarixi müəyyənləşib.

Akademik Opera və Balet Teatrından APA-ya verilən məlumata görə, Hans Kristian Andersenin nağılları əsasında hazırlanan tamaşa oktyabrın 22-də Akademik Opera və Balet Teatrının binasında Azərbaycan tamaşaçılarına təqdim olunacaq.

Azərbaycan və rus dillərində nümayiş olunacaq tamaşanın biletləri artıq şəhərin bütün kassalarında və "ASAN xidmət" mərkəzlərində satışdadır.

Biletləri yayda alanlar Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi qəhrəmanlarla selfi çəkdirmək imkanı qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR