Ukraynada qondarma "erməni soyqırımı" abidəsinin qoyulması etirazlara səbəb olub

Ukraynada qondarma "erməni soyqırımı" abidəsinin qoyulması etirazlara səbəb olub
# 25 aprel 2016 12:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ötən gün Ukraynanın Xmelnitski şəhərində qondarma “erməni soyqırımı” abidəsinin açılması bu ölkədə yaşayan azərbaycanlılar, tatarlar və türklərin etirazına səbəb olub.

Xmelnitski vilayəti Azərbaycanlıları Konqresinin sədri Ceyhun Qasımov APA-ya bildirib ki, bununla bağlı şəhərdə kütləvi aksiyasının keçirilməsinə qadağa qoyulsa da, onlar abidənin yığışdırılması ilə merə, vilayət qubernatoruna, Təhlükəsizlik Xidmətinin rəhbərinə bağlı məktub yollayıblar.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi isə ölkənin bütün vilayətlərindəki azərbaycanlı təşkilatları adından prezident Pyotr Poroşenkoya və baş nazir Vladimir Qroysmana etiraz məktubu göndərib. Konqres sədri Rövşən Tağıyev APA-ya bildirib ki, məktubda ölkə qanunvericiliyini pozaraq, abidənin qoyulmasına gizli şəkildə icazə verən Xmelnitsk şəhər rəhbərliyinin cəzalandırılması tələb olunub. Məktubda qeyd olunub ki, Azərbaycan Ermənistandan fərqli olaraq, Krımın Ukraynanın ərazisi olmasına səs verib və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Amma Ermənistan birmənalı olaraq Krımı Ukraynanın ərazisi kimi tanımayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR