Biləsuvar rayon İcra Hakimiyyətində aparılan yoxlamaların nəticələri Milli Məclisə göndərilib

Biləsuvar rayon İcra Hakimiyyətində aparılan yoxlamaların nəticələri Milli Məclisə göndərilib
# 20 may 2016 14:19 (UTC +04:00)

Bakı-APA. Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Biləsuvar rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələrinə dair hesabat müzakirə olunub. İclasda nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi də müzakirə edilərək təsdiq olunub. Həmin qərarın icrasını təmin etmək məqsədilə Biləsuvar rayon İcra Hakimiyyətinə təqdimatın göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramları təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR