Oqtay Əsədov Rusiyaya səfərə gedir

Oqtay Əsədov Rusiyaya səfərə gedir
# 18 may 2016 09:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclis sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının Şura və plenar iclaslarında iştirak etmək üçün mayın 18-dən 20-dək Sankt-Peterburqda səfərdə olacaq.


APA-nın məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Nümayəndə heyətinin tərkibinə sədr müavini Valeh Ələsgərov, deputatlardan İlham Məmmədov, Rauf Əliyev, Mirkazım Kazımov, Fəzail Ağamalı, Rüfət Quliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. MDB PA-nın Şura iclasında qurumun xətti ilə təşkilata üzv ölkələrdə keçirilmiş prezident və parlament seçkilərinin monitorinqi, PA-nın ötənilki fəaliyyəti və digər məsələlər müzakirə olunacaq.

MDB PA-nın 44-cü plenar iclasında “Energetikanın inkişafının əsasları haqqında”, “Bioloji müxtəlifliyin qorunması, istifadəsi, yenidən bərpası haqqında”, “Ekoloji ekspertiza haqqında” və digər model qanunlara baxılacaq, kosmik fəzadan dinc məqsədlərlə istifadə olunması barədə fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində O. Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR