Eros Ramazzotti Bakıda konsert proqramı ilə çıxış edib

Eros Ramazzotti Bakıda konsert proqramı ilə çıxış edib
# 28 aprel 2016 07:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Məşhur italiyalı müğənni Eros Ramazzotti Bakıda konsert proqramı ilə çıxış edib. APA-nın “Azərtac”a istinadən verdiyi məlumata görə, müğənninin “Baku Crystal Hall”da keçirilən konserti “Rerfetto” dünya turu çərçivəsində təşkil olunub.

Eros Ramazzotti azərbaycanlı tamaşaçılar qarşısında repertuarında olan ən məşhur mahnılarla çıxış edib. Eyni zamanda yeni “Rerfetto” albomuna daxil olan mahnılarını da səsləndirib.

Qeyd edək ki, Eros Ramazottinin “Rerfetto” albomu 38 ölkədə “Ən yaxşı 20-lər” sırasında daxil olub.

1963-cü ildə Romada anadan olan Eros Ramazzotti 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib. Albomlarının çoxu italyan və ispan dillərindədir. O, Adriano Çelentano, Luçano Pavarotti, Tina Tyorner, Riki Martin, Ani Lorak və digərləri ilə duet oxuyub. 1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni iki il sonra San-Remo festivalında çıxış edib. Bu günədək onun 13 albomu işıq üzü görüb. Onu “Dünyanın musiqi səfiri” adlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR