ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

 ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib
# 23 may 2016 10:38 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanın rayonlarında hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, mayın 24-ü axşam, mayın 25-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR