Merkel qaçqınlara dair Aİ-Türkiyə sazişini dəstəkləyib

Merkel qaçqınlara dair Aİ-Türkiyə sazişini dəstəkləyib
# 13 may 2016 04:35 (UTC +04:00)

Bakı-APA. Almaniya kansleri Angela Merkel qaçqınlara dair Aİ-Türkiyə sazişini dəstəkləyərək, bu razılaşmanın insanları xilas etməkdə kömək etdiyini bildirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Merkel bu sözləri WDR telekanalının təşkil etdiyi forumda çıxışı zamanı bildirib.

“Aİ qaçqınlığın səbəbləri ilə mübarizə aparmalıdır və elə etməlidir ki, insanlar Avropaya təhlükəli səfər etməsinlər. Təbii ki, biz bu məsələdə asılacaq vəziyyətdəyik. Hazırda, Türkiyə ilə bağlanmış saziş məsələsində də, bu ciddi tənqid olunur. Buna baxmayaraq, Avropa özünü təcrid edərək ətrafda baş verənlərə laqeyd qala bilməz”, - deyə Merkel bildirib.

“Qaçqınlığın səbəbləri ilə mübarizədə digər ölkələrə görə məsuliyyət daşımaq lazım gəlir və bunu asılılıq adlandırmaq olar, - deyə Merkel əlavə edib.

Merkel xatırladıb ki, ilin əvvəlindən Türkiyə ilə əldə olunmuş saziş qüvvəyə minənədək Avropaya üz tutan qaçqınlardan 350 nəfəri ölüb, saziş qüvvəyə minəndən bu vaxtadək isə cəmi 7 nəfər həyatını itirib.

“Həyatları xilas etmək və bəzilərinə ciblərini doldurmağa imkan verməmək – Türkiyə ilə əldə olunmuş sövdələşmə tək bunlarla özünü doğrultmuş olur”, - deyə kansler qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR