Türkiyə XİN rəhbəri “Suriyanın dostları” qrupunun görüşəndə iştirak edəcək

Türkiyə XİN rəhbəri “Suriyanın dostları” qrupunun görüşəndə iştirak edəcək
# 09 may 2016 00:35 (UTC +04:00)

Bakı-APA. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 9-da Parisdə keçiriləcək “Suriyanın dostları” qrupunun görüşündə iştirak edəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in məlumatında deyilir.

Görüşdə həmçinin Fransa, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri XİN rəhbərləri və Avropa diplomatiyasının başçısı Federika Moqerini iştirak edəcək. Görüşə Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsinin sədri Riyad Hicab da qatılacaq.

Xatırladaq ki, “Suriyanın dostları” qrupuna Misir, Fransa, Almaniya, İtaliya, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Türkiyə, Böyük Britaniya və ABŞ daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR