Rusiyalı diplomat: “Bir qrup ölkə digər qrup ölkəni öyrətməməlidir”

Rusiyalı diplomat: “Bir qrup ölkə digər qrup ölkəni öyrətməməlidir”
# 26 aprel 2016 17:54 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bu Alyansın gələcəyi o zaman olacaq ki, hamımız eyni hüquqa malik olaq”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Konstantin Şuvalov söyləyib.

O deyib ki, bir qrup ölkə digər qrup ölkəni öyrətməyə cəhd göstərsə, Alyansın səylərinin nəticəsi olmayacaq: “Elə bir iş aparılmalıdır ki, öz ölkələrində azlıqlar öz dövlətləri tərəfindən müdafiə olunsun. KİV-lərlə daha yaxından işləmək lazımdır. KİV-ləri sövq etmək lazımdır ki, zorakılığa təhrikdən çəkinsinlər, əksinə, sülh şəraitində birgə yaşayışı təşviq etsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR