Qətldə təqsirləndirilən gəncə hökm oxunub

Qətldə təqsirləndirilən gəncə hökm oxunub
# 25 may 2016 15:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Əsgər Sultanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə, o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il noyabr ayında Abşeronun Mehdiabad qəsəbəsində 1958-ci il təvəllüdlü Təhməz İsmayılov bıçaqla qətlə yetirilib. Araşdırma nəticəsində qətli 1991-ci il təvəllüdlü Əsgər Sultanovun törətdiyi məlum olub və o, saxlanılıb. Ə. Sultanov ifadəsində bildirib ki, Təhməz İsmayılov anasının telefonuna zəng edərək onu narahat etdiyi üçün onu öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR