AMEA-nn ümumi yığıncağı keçirilir

AMEA-nn ümumi yığıncağı keçirilir
# 29 aprel 2016 09:18 (UTC +04:00)


Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilir.

APA-nın xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, təhsil naziri Mikayıl Cabbarov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, digər dövlət qurumlarının səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları iştirak edirlər.

Öncə tədbir iştirakçıları AMEA-nın institut və təşkilatlarının elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Yığıncağı giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Ümumi yığıncağın gündəliyində AMEA-da "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın hədəflərinin həyata keçirilməsi istiqamətində görülən işlər, reallaşdırılan layihələr, Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası, AMEA Rəyasət Heyətinin 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, o cümlədən AMEA-da bəzi struktur islahatları, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı kimi məsələlər yer alıb.

Sonra A. Əlizadə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"sının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası haqqında yekun hesabat məruzəsi ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR