Əməkdar artist Osman Hacıbəyovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək

Əməkdar artist Osman Hacıbəyovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək
# 16 oktyabr 2014 13:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Oktyabrın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında əməkdar artist Osman Hacıbəyovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək.

Teatrdan APA-ya verilən məlumata görə, sərgidə sənətkarın rol aldığı tamaşalardan fotolar nümayiş etdiriləcək.

Sərgidən sonra böyük səhnədə vaxtı ilə onunla birgə çalışmış sənət dostları O.Hacıbəyovla bağlı xatirələrini bölüşəcək, sənətkarın xatirəsinə ithaf olunmuş Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası göstəriləcək.

Qeyd edək ki, O. Hacıbəyov 1924-cü ildə Şuşada ziyalı ailəsində anadan olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib. 1979-cu ilə qədər Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.

O. Hacıbəyov Skapen ("Skapenin kələkləri", Jan Batist Molyer), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Qəmküsar ("Yarımçıq Şəkü", Adil Babayev), Yaşar ("Yaşar", Cəfər Cabbarlı), Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun), Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Polkovnik Ferrari ("Ovod", Etil Voyniç) və başqa rollarda çıxış edib. O, 1979-cu il iyunun 14-də Bakıda vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR