Rusiya müdafiə nazirinin müavini: “Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq sahəsində heç bir problem yoxdur” - EKSKLÜZİV

Rusiya müdafiə nazirinin müavini: “Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq sahəsində heç bir problem yoxdur” - <span style="color: red;">EKSKLÜZİV
# 16 aprel 2015 15:08 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə mövcud olan əməkdaşlığı müsbət qiymətləndirirəm”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Federasiyası müdafiə nazirinin müavini Anatoli Antonov deyib. O bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir: “Biz qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıyıq. Rusiya hərbi-texniki sahədə əməkdaşlıq yolunda heç bir problem görmür”.

Bu gün keçirilən IV Moskva Beynəlxalq Təhlükəsizlik Konfransından danışan nazir müavini Azərbaycanın bu konfransda iştirakını yüksək qiymətləndirib: “Konfransa 80-ə yaxın ölkədən nümayəndə heyətləri qatılıb. O cümlədən, NATO ölkələrindən. Konfrans iştirakçıları “İslam Dövləti” terrorçu qruplaşmasının yaratdığı təhlükələr, eləcə də Avropada təhlükəsizlik mexanizmlərini müzakirə ediblər. Azərbaycan da artıq dördüncü dəfədir keçirilən beynəlxalq təhlükəsizlik konfransında iştirak edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR