Tiflisdə yanacaqdoldurma məntəqəsinə basqın olub

Tiflisdə yanacaqdoldurma məntəqəsinə basqın olub
# 24 mart 2015 11:18 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Ötən gecə Tiflisin Quramişvili küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, basqın zamanı iki nəfər - yanacaqdoldurma məntəqəsinin meneceri və operatoru yaralanıb.

Hadisə yerinə təcili yardım maşını gəlib, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gürcüstan CM-nin 118-ci maddəsi ilə (qəsdən bədənə ağır xəsarət yetirmə) cinayət işi açılıb. İsti izlərlə hadisəni törədən şəxs yaxalanıb. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu şəxs əvvəllər məhkumluq həyatı keçirən 1993-cü il təvəllüdlü Zurab U. adlı gürcüdür.

Qeyd edək ki, yanacaqdoldurma məntəqəsi “SOCAR Georgia” şirkətinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR