Ermənistan XİN: "Sankt-Peterburqda Qarabağla bağlı keçirilən görüş uğurlu olub"

Ermənistan XİN: "Sankt-Peterburqda Qarabağla bağlı keçirilən görüş uğurlu olub"
# 20 iyun 2016 20:40 (UTC +04:00)

Bakı-APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünü müsbət qiymətləndirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, o bu barədə Sankt-Peterburqda jurnalistlərə açıqlamasında deyib.

"Bugünkü görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi" - , deyə E.Nalbəndyan bildirib.

O, həmçinin görüşlərin yalnız prezident səviyyəsində deyil, həm də XİN rəhbərləri səviyyəsində davam etdiriləcəyini vurğulayıb: "Bütün proseslər ATƏT-in Minsk qrupu formatında həyata keçiriləcək".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR