Azərbaycanda rəqəmsal televiziyaya keçid vaxtı açıqlanıb

Azərbaycanda rəqəmsal televiziyaya keçid vaxtı açıqlanıb
# 29 may 2015 10:58 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “2015-ci ildən sonra dünyada analoq televiziya yayım vasitələri, televizorların istehsalı dayandırılacaq”.

APA-Economics” xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlaması zamanı bildirib.

Ə. Abbasov Azərbaycanın bu sahədə gördüyü işlərin inkişaf etmiş ölkələr səviyyəsində qiymətləndirildiyini bildirib.

“Analoq yayımın dayandırılmasına hazırıq. Biz bunu yay vaxtına, bu ilin iyun ayına planlaşdırırdıq. I Avropa Oyunları bitdikdən sonra Milli Televiziya və Radio Şurası ilə müzakirə edib payız aylarında rəqəmsal televiziyaya keçə biləcəyik”, - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR