Kreml sözçüsü: "Türkiyə, Ermənistan və Qazaxıstanda baş verənlərə eyni cür yanaşmaq olmaz"

Kreml sözçüsü: "Türkiyə, Ermənistan və Qazaxıstanda baş verənlərə eyni cür yanaşmaq olmaz"
# 18 iyul 2016 13:44 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Türkiyə, Ermənistan və Qazaxıstanda baş verən hadisələrə eyni cür yanaşmaq olmaz. Əgər bir ölkədə bu dövlət çevrilişi cəhdidirsə, digərində kriminal haldır. Bununla belə, Rusiya Federasiyası sərhədlərində təhlükəsizlik təmin olunub. Rusiyanın özü qonşularında sabitliyin olmasında maraqlıdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu bəyanatla Kremlin sözçüsü Dmitri Peskov çıxış edib:

D. Peskov deyib ki, baş verən konkret hadisəni ayrıca analiz etmək lazımdır.

Kreml sözçüsü Rusiya sərhədlərində belə çaxnaşmaların baş verməsinin narahatçılığa səbəb olduğunu söyləyib: "Sözsüz ki, bu, vəziyyəti daha da diqqətlə izləməyə və analiz sövq edir. Ölkənin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir. Daxil olan məlumatlar nəzərə alınmaqla lazımi tədbirlər görülür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR