Rusiya XİN nümayəndəsi ABŞ-ın keçmiş səfirini qeyri-peşəkarlıqda ittiham edib

Rusiya XİN nümayəndəsi ABŞ-ın keçmiş səfirini qeyri-peşəkarlıqda ittiham edib
# 28 iyun 2016 13:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol qeyri-peşəkarlığını nümayiş etdirib”.

APA-nın məlumatına görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, Makfolun Rusiyadakı fəaliyyətini yaxşı xatırladığını bildirib: “Əgər bu adamın açıqlamalarına ABŞ mediasında istinad edirlərsə və bu adam Rusiya-ABŞ münasibətlərinə dair ekspert qismində çıxış edirsə, onda gəlin hadisələri öz adı ilə adlandıraq. Bu insan öz diplomatik missiyasını uğursuzluğa düçar edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR