DGK sədri Ağdaşda vətəndaşları qəbul edəcək

DGK sədri Ağdaşda vətəndaşları qəbul edəcək
# 28 iyun 2016 12:41 (UTC +04:00)

Bakı - APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 2-də saat 11:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev meydanı 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Ağdaş, Göyçay, Yevlax, Ucar rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 1-i saat 11:00-dək “195” Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: ((022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR