Turizm və Menecment Universitetinə rektor əvəzi təyin edilib

Turizm və Menecment Universitetinə rektor əvəzi təyin edilib
# 28 iyun 2016 15:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi təyin olunub.

APA-nın xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə universitetin rektor müavini Eldar Aslanov rektor əvəzi təyin edilib.

E. Aslanov APA-ya xəbəri təsdiqləyərək bildirib ki, növbəti təyinata kimi rektorun səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Cəfər Cəfərov bir neçə gün əvvəl prezidentin sərəncamı ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR