Dövlət Gömrük Komitəsinin sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib - FOTO

Dövlət Gömrük Komitəsinin sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib - <span style="color: red;">FOTO
# 17 mart 2015 12:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovu qəbul edib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, A. Əliyev görüşdə türkdilli ölkələrin əməkdaşlığının, o cümlədən iqtisadi-ticari, gömrük sahəsində əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışıb, bu əməkdaşlığın davamlı inkişafının zəruriliyini vurğulayıb.

Bir neçə il bundan öncə Naxçıvanda keçirilən Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşünü də məmnunluqla xatırlayan DGK sədri bu görüşdə müzakirə olunan məsələləri, əldə olunan razılaşmaları birgə əməkdaşlığın inkişafına yönələn mühüm addımlardan biri kimi dəyərləndirib.

Baş katib Ramil Həsənov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin bütün istiqamətlərdə, eləcə də gömrük sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan məsələlərdən bəhs edib.

Türkdilli ölkələr arasında əlaqələrin inkişafında gömrük orqanlarının mühüm rolunu qeyd edən qonaq bu baxımdan müvafiq sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb, birgə həyata keçirilən tədbirlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin türkdilli ölkələr arasında gömrük sahəsində əlaqələrin genişləndirilməsi işinin daha səmərəli təşkili ilə bağlı bir sıra digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR