Oğuzda məktəbdə yanğın olub

Oğuzda məktəbdə yanğın olub
# 01 iyun 2015 07:01 (UTC +04:00)

Bakı - APA. Oğuz rayonunun Xaçmaz kəndində yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, kənddə ümumi sahəsi 532 kvadratmetr olan birmərtəbəli inzibati binanın - məktəbin 4 otağının yanar konstruksiyaları 182 kv.m sahədə yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR