Liviyanın Ben-Cavad şəhəri İŞİD silahlılarından azad edilib

Liviyanın Ben-Cavad şəhəri İŞİD silahlılarından azad edilib
# 30 may 2016 19:16 (UTC +04:00)

Bakı-APA. Liviya ordusu Ben-Cavad şəhərini İŞİD silahlılarından azad edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, liman şəhəri şiddətli döyüşlər nəticəsində terrorçulardan təmizlənib.

Dağıntılar və itkilər barədə hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, Liviyanın ayrı-ayrı bölgələri İŞİD-lə əlaqəli silahlı qruplaşmaların nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR