Nazir: "Son 3 il ərzində Azərbaycanda IX sinif məzunlarının buraxılış imtahanlarındakı nəticələri 14% artıb"

Nazir: "Son 3 il ərzində Azərbaycanda IX sinif məzunlarının buraxılış imtahanlarındakı nəticələri 14% artıb"
# 14 iyun 2016 10:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. "Son 3 il ərzində Azərbaycanın ümumtəhsil məktəblərinin IX sinif məzunlarının buraxılış imtahanlarındakı nəticələri dayanıqlı olaraq 14% artıb".

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, bu da kifayət qədər yüksək dinamikanın göstəricisidir: “Buraxılış imtahanlarının təhlili bizə imkan verir ki, təhsil sistemində və tədrisdə vəziyyətin necə olması, hansı bölgələr, məktəblər, fənlər üzrə nəticələrin uğurlu və ya problemli olduğunu bilək. Buraxılış imtahanlarının nəticələri hər il Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim ediləndən sonra Təhsil Nazirliyi tərəfindən təhlil edilir. Bu il üçün nəticələr hələ Təhsil Nazirliyinə təqdim edilməyib. Qanunvericiliyə əsasən, buraxılış imtahanları ilə bağlı məlumatlar bizə təqdim edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR