Nəqliyyat Nazirliyi: Bakıda avtobus sürücüsü tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması faktı ilə bağlı tədbirlər görülüb

Nəqliyyat Nazirliyi: Bakıda avtobus sürücüsü tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması faktı ilə bağlı tədbirlər görülüb
# 04 avqust 2014 08:44 (UTC +04:00)

Bu barədə APA-ya Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin müdiri Namiq Həsənov məlumat verib.

Namiq Həsənov deyib ki, 207 saylı xətt avtobusunun yol hərəkəti qaydalarını pozması faktına dərhal Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti müdaxilə edib.

207 sayı marşrut üzrə hərəkət edən 10-MB-353 dövlət nömrə işanlı avtobus dərhal cərimə meydançasına aparılıb və avtobus xəttindən kənarlaşdırılıb.

Eyni zamanda yol hərəkəti qaydalarını pozan sürücü dərhal işindən azad olunub. Faktla bağlı marşrut sahibkarına xəbərdarlıq edilib.

Ehtiyat sürücü hazırlanıb, həmin marşrut bu gündən etibarən xəttə buraxılıb.

Qeyd edək ki, APA TV-nin məlumatına görə, iyulun 31-də Heydər Əliyev prospektində

səkinin üstündən paralel yola keçmək istəyən sərnişin avtobusu çıxılmaz vəziyyətə düşüb. 207 saylı xətt üzrə hərəkət edən iritututmlu avtobus tıxaca düşməmək üçün maneənin üstündən keçərək paralel yola keçmək istəyib. “Binə Ticarət Mərkəzi” – “8-ci Kilometr” xətti üzrə hərəkət edən avtobus sürücüsü səkini keçməyə cəhd etsə də, cəhdi uğursuz alınıb və avtobusun yarısı səkinin bir tərəfində, yarısı isə digər tərəfində qalıb. Nəticədə hər iki yolda avtomobillərin hərəkətinə ciddi maneə yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR