Dnestryanı separatçı rejimi Rusiya və Ukraynadan maliyyə yardımı istəyəcək

Dnestryanı separatçı rejimi Rusiya və Ukraynadan maliyyə yardımı istəyəcək
# 27 fevral 2015 04:58 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Dnestryanı “hökuməti”nin qəbul etdiyi qərarda bildirilir.

İki dövlətin rəhbərliyinə ünvanlanacaq müraciətdə “həm Rusiya, həm də Ukrayna vətəndaşlarının daxil olduğu əhalinin aztəminatlı təbəqələrinə əlavə ünvanlı yardımın ayrılması” təklifi irəli sürüləcək.

Daha bir müraciətin Dnestryanı münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin iştirakçılarına (“5+2”) ünvanlanması nəzərdə tutulub. Müraciətdə “Dnestryanı Moldova Respublikasının xarici iqtisadi fəaliyyətindəki blokadanın ləğv olunması və yerli iqtisadiyyatın müstəqil resurs təminatlılığına nail olmaq üçün təcili tədbirlərin görülməsi” təklifini irəli sürmək qərara alınıb.

Qeyd edək ki, Dnestryanı münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Moldova hökuməti və Dnestryanı separatçı rejimi münaqişə tərəfləri qismində; Rusiya, Ukrayna və ATƏT – vasitəçi; Aİ və ABŞ isə - müşahidəçi qismində iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR