Tiflisdə Mirzə Fətəli Axundovun xatirəsi anılıb

Tiflisdə Mirzə Fətəli Axundovun xatirəsi anılıb
# 01 iyul 2015 04:11 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan televiziyasının əməkdaşı, tədqiqatçı-jurnalist Mirzə Məmmədoğlu açaraq Mirzə Fətəli Axundovun Tiflis həyatından danışıb.

Sonra iştirakçılardan şair Allahverdi Təhləli, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev, M.F. Axundovun əsərini gürcü dilinə tərcümə edən tərcüməçi Oqtay Kazımov, "Sözün işığı" qəzetinin redaktoru Əziz Dəlivəlli, Məmməd Araz yaradıcılığını gürcü dilinə tərcümə edən yazıçı Avto Çxaidze, Ginnesin Rekordlar Kitabına düşən tanınmış gürcü yazıçısı Nariman Yaşağaşvili, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zilloğlu, Gürcüstan Yazıçılar İttifaqının üzvü, jurnalist Zura Kobaliya və başqaları böyük mütəfəkkir Mirzə Fətəli Axundovun yaradıcılığının həmişə müasir və aktual olduğu barədə, onun ömrü boyu gürcü və Azərbaycan xalqının arasında olan dostluq münasibətlərinin daha da yaxşılaşdırılmasında olan rolu haqqında fikirlərini bildiriblər.

Tərcüməçi Oqtay Kazımov çıxışında M.F. Axundovun əsərlərinin gürcü dilinə tərcümə olunduğunu xatırladıb: "Onun əsərləri həm dil etibarı ilə, həm də mövzu cəhətdən zəngin olub. Bunu gürcü yazıçıları da dramaturqun əsərlərini gürcü dilində oxuyandan sonra təsdiq ediblər. M.F. Axundovun gürcü yazıçılarından Qriqol Orbeliani və gürcü dramaturgiyasının atası Giorgi Eristavi ilə daha çox dostluğu olub. Onun "Sərgüzəşti vəziri xani Lənkəran" əsərini ilk dəfə gürcü dilinə Akaki Sereteli tərcümə edib və bu əsər gürcü teatrının səhnəsində oynanılıb. Akaki Sereteli M.F. Axundovun bu əsərini tərcümə etməklə gürcü-Azərbaycan əsərlərinin tərcüməçilik ənənəsinin əsasını qoyub".

Tədbirdə M.F. Axundovun anım gününün hər il ənənəvi şəkildə keçirilməsi və böyük dramaturqun adı ilə ən yaxşı şeir və dram əsərlərinə görə mükafat təsis edilməsi barədə təklif irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR