Azərbaycan prezidenti Maltanın baş nazirini qəbul edib - VİDEO

Azərbaycan prezidenti Maltanın baş nazirini qəbul edib - <span style="color: red;">VİDEO
# 27 aprel 2015 11:25 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycanla Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Prezident İ. Əliyev C. Muskatın ölkəmizə son səfərindən sonra əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın yarandığını deyib.

C. Muskat isə ölkəsinin Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Ölkəmizdə sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan baş nazir Azərbaycanda gedən bu müsbət proseslərə Avropa tərəfindən obyektiv qiymət verilməsinə tərəfdar olduğunu bildirib.

Görüşdə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olunub, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR