Qazaxda Ağstafaçayda batmış məktəblinin meyiti tapılıb.
APA-nın qərb bürosunun xəbərinə görə, meyit sudan çıxarılıb.
Batan şəxs Bakıdan Qazaxa qonaq gələn 2004-cü il təvəllüdlü Mustafayev Elnar Murad oğludur.
*** 18.44
Qazaxda Ağstafaçayda məktəblinin batdığı ehtimal olunur.
APA-nın qərb bürosunun xəbərinə görə, çayın Qazax şəhərindən keçən hissəsində 13-14 yaşlı oğlanın paltarları tapılıb.
Şahidlər bir müddət əvvəl bir neçə məktəblinin çayda çimdiyini görüblər. Hazırda çay kənarında tapılan paltarların kimə məxsus olduğu araşdırılır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.