Qənirə Paşayeva Dağlıq Qarabağla bağlı kitabının təqdimatını ön cəbhədə keçirib

Qənirə Paşayeva Dağlıq Qarabağla bağlı kitabının təqdimatını ön cəbhədə keçirib
# 01 iyun 2015 20:03 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Qənirə Paşayeva “Dağlıq Qarabağ münaqişəsi Avropa təhlükəsizliyinə başlıca təhdid kimi” adlı yeni kitabının ilk təqdimatını Ermənistanla ön cəbhədə hərbçi və əsgərlərlə birlikdə keçirib.

APA-nın xəbərinə görə, kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixindən bu gününə qədər olan bütün proseslər və vəziyyət əks olunub.

Tədbirdə əsgər və hərbçilər adından Q. Paşayevaya təşəkkürünü bildirən hərbi hissənin rəhbəri kitabda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumatların olduğunu qeyd edib.

Tədbir üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirən Q. Paşayeva ön cəbhədə bu cür tədbirlərin önəmindən danışıb: “Arzu edirəm ki, gələn bu cür tədbirlərimizi, bayramlarımızı Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda , Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR