Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib - VİDEO

Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib - <span style="color: red;">VİDEO
# 23 aprel 2015 10:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Aprelin 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, axşama doğru yağış yağacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamaısnda bildirib ki, şimal-qərb küləyi güclənəcək.



Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 24-də Abşeron yarımadasında güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Aprelin 26-da isə əlverişli komfort hava şəraiti gözlənilir.

Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq da edilib.

Belə ki, aprelin 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir. Arabir yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Şimal qərb küləyinin güclənəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR