Ədliyyə naziri yanında İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilib

Ədliyyə naziri yanında İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilib
# 07 iyul 2015 16:39 (UTC +04:00)

Bakı - APA. Bu gün ədliyyə naziri yanında qeyri-hökumət təşkilatları və hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət formalaşdırılan İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Çingiz Qənizadə qurumun koordinatoru seçilib.

Ədliyyə naziri Fikrət Məmmədov ədliyyə fəaliyyətində səmərəli ictimai nəzarət mexanizmi kimi İctimai Komitənin mühüm rolunu qeyd edib, ədliyyənin müxtəlif sahələri üzrə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, müvafiq tövsiyələr verib.

Komitə üzvləri Ədliyyə Nazirliyinin fəaliyyətində aşkarlığa və şəffaflığa xüsusi önəm verilməsini, ictimaiyyət üçün açıqlığını qeyd edərək bu sahədə vətəndaş məmnunluğuna xidmət edən məqsədyönlü islahatların şahidi olduqlarını bildirib, Komitənin ədliyyənin ayrı-ayrı istiqamətləri üzrə fəaliyyətdə iştiraka cəlb olunmalarından məmnunluqlarını ifadə edib, bu sahədə görülən mühüm işlərə töhfə verməyə hazır olduqlarını vurğulayıb, konkret təkliflər irəli sürüblər.

Sonda ədliyyə naziri qurumun üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim edib və onlara uğurlu fəaliyyət arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR