Göygöldə avtomobil yeniyetməni vurub

Göygöldə avtomobil yeniyetməni vurub
# 01 iyul 2016 17:44 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobil yolu keçmək istəyən 13 yaşlı oğlanı vurub. Sürücü xəsarət alan piyadanı əvvəlcə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına, oradan isə başqa klinikaya aparıb. Onun vəziyyətinin ağır olduğu bildirilir, kimliyi isə hələlik məlum deyil.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR