İlin əvvəlindən Azərbaycanda 200-dən artıq çoxmərtəbəli bina qazlaşdırılıb

İlin əvvəlindən Azərbaycanda 200-dən artıq çoxmərtəbəli bina qazlaşdırılıb
# 03 iyul 2015 11:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 206 çoxmərtəbəli binaya təbii qaz verilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, birlik bu ilin yanvar-iyun aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 206 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 3 912 ailə yaşayır.

Ümumiyyətlə, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR