Daha bir azərbaycanlı BP-nin vitse-prezidenti təyin olunub

Daha bir azərbaycanlı BP-nin vitse-prezidenti təyin olunub
# 08 iyun 2016 12:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. BP-nin hazırda Səngəçal terminalının meneceri olan Zaur Paşayev 1 sentyabr 2016-cı il tarixindən şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı əməliyyatlar üzrə vitse-prezidenti təyin olunur.

BP-dən "APA-Economics"ə verilən məlumata görə, yeni vəzifəsində Z. Paşayev BP-nin qlobal əməliyyatlar təşkilatının, həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla region üzrə qurudakı əməliyyatların təhlükəsiz, etibarlı və səmərəli icrasına cavabdeh olacaq.

Z. Paşayev BP-nin digər regiondakı biznesində texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezident təyin olunmuş Kreq Uiqqzi əvəz edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR