Masallıda ev yanıb

Masallıda ev yanıb
# 14 iyun 2016 01:38 (UTC +04:00)

Bakı-APA. Masallıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Banbaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR