Azərbaycanın Kolumbiyadakı səfirliyində uşaqlara həsr olunmuş rəsm sərgisi təşkil edilib

Azərbaycanın Kolumbiyadakı səfirliyində uşaqlara həsr olunmuş rəsm sərgisi təşkil edilib
# 09 iyul 2015 15:17 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Kolumbiyadakı diplomatik nümayəndəliyinin inzibati binasında kolumbiyalı rəssam Karlos Villabonun azərbaycanlı və kolumbiyalı uşaqlara həsr olunmuş “Meyvələr” rəsm əsərlərinin sərgisi təşkil edilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə Kolumbiya senatının vitse-prezidenti Teresita Qarsia Romero, senat üzvləri, xarici işlər, təhsil nazirliklərinin, elm mərkəzlərinin, incəsənət və mədəniyyət sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti və görməli yerlərini əks etdirən fotoşəkillər də nümayiş etdirilib.

Qeyd edək ki, K. Villabon Kolumbiyanın gənc rəssamlarındandır və onun Azərbaycan nümayəndəliyi ilə sıx əməkdaşlıq münasibətləri var.

Rəssam ölkəmizin Kolumbiyada təbliği sahəsində də fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR