Bu ilin I yarısında Rusiyadan maliyyə axının həcmi 52 mlrd. dolları ötüb

Bu ilin I yarısında Rusiyadan maliyyə axının həcmi 52 mlrd. dolları ötüb
# 09 iyul 2015 16:14 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin II rübündə Rusiyadan kapital axını 20 mlrd. dollar təşkil edib.

"APA-Economics" "Reuters"ə istinadən xəbər verir ki, bu rəqəm Rusiya Mərkəzi Bankının açıqladığı statistikada öz əksini tapıb.

Bildirilir ki, ötən ilin II rübündə Rusiyadan kapital axının həcmi 21,9 mlrd. dollar olub.

Cari ilin I rübündə Rusiyadan kapital axını 32,5 mlrd. dollar təşkil edib. Bununla da, Rusiyadan kapital axınının həcmi I yarımillikdə 52,5 mlrd. dollara çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR