2014-cü ildə “Təmiz Şəhər” ölkənin ümumi enerji istehsalının 0,8%-ni təmin edib

2014-cü ildə “Təmiz Şəhər” ölkənin ümumi enerji istehsalının 0,8%-ni təmin edib
# 29 mart 2015 11:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2014-cü ildə “Təmiz Şəhər” ASC-nin Bakı bərk məişət tullantılarının yandırılması zavodu tərəfindən 174 mln. KVt/saat elektrik enerjisi istehsal olunub.

APA-Economics”in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

Məlumata görə, bu rəqəm ölkənin ümumi enerji sisteminin istehsalında 0,77% təşkil edir. Belə ki, ötən il istehsal olunan elektrik enerjisinin 145,7 mln. KVt/saatı ölkənin mərkəzi enerji sisteminə ötürülüb.

Qeyd edək ki, 2014-cü il ərzində ölkənin enerji sistemində 22,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2013-cü ilin 12 ayı ilə müqayisədə 5,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR