BMT İnsan Haqları Şurasının 32-ci sessiyası başlayıb

BMT İnsan Haqları Şurasının 32-ci sessiyası başlayıb
# 13 iyun 2016 12:13 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Cenevrədə BMT-nin İnsan Haqları Şurasının 32-ci sessiyası başlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 47 ölkədən olan nümayəndələrin iştirakı ilə Ukrayna, Burundi, Suriya, Eritreya, Cənubi Sudan və bir sıra ölkələrdəki vəziyyət, habelə irqçilik, qadın, miqrant hüquqlarının müdafiəsi, söz azadlığının təmin edilməsi kimi məsələlər nəzərdən keçiriləcək.

BMT-nin İnsan haqları üzrə ali komissarı Zeyd Raad əl Hüseyn iyunun 29-da Ukrayna və Burundidəki vəziyyət barədə yeni informasiya təqdim edəcək. Ardınca isə interaktiv dialoq baş tutacaq.

Sessiya iyulun 1-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR