NATO Baltikyanı ölkələrdə və Polşada batalyonlarının yerləşdirilməsini dəstəkləyib

NATO Baltikyanı ölkələrdə və Polşada batalyonlarının yerləşdirilməsini dəstəkləyib
# 14 iyun 2016 23:39 (UTC +04:00)

Bakı-APA. NATO-ya üzv olan ölkələrin müdafiə nazirləri Latviya, Litva, Estoniya və Polşada hər birisində bir batalyon olmaqla Alyans hərbçilərinin rotasiya əsasında yerləşdirilməsinə dair razılığa gəliblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin müdafiə nazirlərinin iclasından sonra bildirib.

Stoltenberq bundan əvvəl iclasda NATO-nun qonşu və tərəfdaş ölkələrə dəstək verilməsi məsələsinin müzakirə ediləcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR