Şamaxıda evdə partlayış baş verib, 4 nəfər xəsarət alıb

 Şamaxıda evdə partlayış baş verib, 4 nəfər xəsarət alıb
# 29 sentyabr 2015 10:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şamaxıda evdə partlayış baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 28-də saat 04 radələrində Şamaxı şəhərində yaşayan Ramil Məmmədovun evində təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə evin qapı və pəncərə çərçivələri dağılıb, xəsarət almış R.Məmmədov, arvadı Nuranə, qızı Aişən və oğlu Həsən xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR