Lənkəranda keçmiş məhkumun evində tiryəkxana aşkarlanıb - FOTOSESSİYA - VİDEO

Lənkəranda keçmiş məhkumun evində tiryəkxana aşkarlanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 19 fevral 2015 07:10 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda keçmiş məhkumun evində tiryəkxana aşkarlanıb. APA-nın cənub bürosunun məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyevin evində tiryəkxana təşkil etməsi müəyyənləşdirilib.

Əməliyyat zamanı polis ev sahibi ilə yanaşı daha 5 nəfər narkotik istifadəçisi olan 45 yaşlı Mahir Sadıqovu, 42 yaşlı Elçin Abdullayevi, 47 yaşlı İbad Əliyevi, 63 yaşlı Sadiq Məmmədovu və 43 yaşlı Cavid Tağıyevi yaxalayıb. Evə baxış keçirilən zaman isə oradan 8 bükümdə narkotik vasitə olan tiryək, 41 bükümdə heroin, 2 ədəd şprisə doldurulmuş hazır məhsul, 2 ədəd elektron tərəzi, xeyli sayda şprislər və narkotik məhlullarının hazırlanmasında istifadə olunan ləvazimatlar və digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Faktla bağlı toplanmış materiallar Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsinə təhvil verilib, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR