ABŞ fond bazarlarında əsas indekslər ucuzlaşıb, Avropada bahalaşıb

ABŞ fond bazarlarında əsas indekslər ucuzlaşıb, Avropada bahalaşıb
# 24 sentyabr 2015 06:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,31% - 16 279,89 bəndədək, S&P 500 0,20% - 1 938,76 bəndədək, NASDAQ 0,08% - 4 752,74 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,62% - 6 032,24 bəndədək, Fransa CAC-40-ı 0,10% - 4 432,83 bəndədək, Almaniya DAX-ı isə 0,44% - 9 612,62 bəndədək yüksəlib.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 2,70 dollar artaraq 1 134,20 dollara, gümüş isə 0,03 dollar bahalaşaraq 14,82 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR