Böyük Britaniyanın keçmiş dövlət katibi Xəzər Universitetində qlobal təhlükəsizliklə bağlı məruzə oxuyub - FOTOSESSİYA

Böyük Britaniyanın keçmiş dövlət katibi Xəzər Universitetində qlobal təhlükəsizliklə bağlı məruzə oxuyub - <span style="color: red;">FOTOSESSİYA
# 16 sentyabr 2014 13:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Böyük Britaniya parlamentinin üzvü, müdafiə məsələləri üzrə keçmiş dövlət katibi Liam Foks Xəzər Universitetində “Qloballaşmanın çətinlikləri və riskləri: Avropa bundan nə dərs çıxara bilər?” mövzusunda məruzə oxuyub. APA-nın məlumatına görə, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı L. Foksu müəllim və tələbələrə təqdim edib.

Dünyada təhlükəsizliyə bir çox təhdidlərin olduğunu söyləyən L. Foks Hindistan və Pakistanda inkişaf və təhlükəsizlik sahəsindəki durumdan danışıb. O deyib ki, ABŞ 11 sentyabrda real təhlükə ilə qarşılaşana qədər beynəlxalq terrorçuluq təhlükəsini yetərincə qiymətləndirmirdi.

Sabiq dövlət katibi dünyada təhlükəsizliyin qorunması istiqamətində səylərin gücləndirilməsini vacib sayıb. Onun sözlərinə görə, dünyada ölkələr arasında güclü şəkildə qarşılıqlı asılılıq mövcuddur. L. Foks xatırladıb ki, 1993-cü ildə dünyada 130 veb-sayt olubsa, ötən ilin sonunda veb-saytların sayı 650 milyona çatıb: “Bunun özü dünyada dəyişikliklərin sürətlə baş verdiyini göstərir. Qarşılıqlı asılılığın həm müsbət, həm də mənfi tərəfləri var. Qarşılıqlı asılılıq ticarət və inkişaf üçün geniş imkanlar yaradır, fayda verir. Ancaq bu, eyni zamanda qaçılmaz risklər yaradır. Məsələn, terror hücumları, o cümlədən Yaponiyada sunaminin baş verməsini dərhal dünya bazarına təsiri göstərir. Yaxud, ötən il dünyada təxminən 1 milyard turist bir ölkədən digərinə səfər edib. Ancaq bunun da müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Söhbət köləlik, insan alveri, orqan mafiyasının fəaliyyəti kimi mənfi hallardan gedir. Bu kimi hallara qarşı mübarizə aparmaq üçün də dünya ölkələri daha sıx əlaqələr qurmalı, əməkdaşlığı inkişaf etdirməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR