Zaqatalada 44 yaşlı qadın qidadan zəhərlənib - FOTO

Zaqatalada 44 yaşlı qadın qidadan zəhərlənib - <span style="color: red;">FOTO
# 13 aprel 2015 12:19 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Əlibayramlı kənd sakini 44 yaşlı Nərgiz Salman qızı Musayeva zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkimlərin müayinəsi və araşdırmasından sonra məlum olub ki, Nərgiz Musayeva ailəsi ilə birgə gün ərzində göbələk də daxil olmaqla müxtəlif növ qidalar qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Nərgiz Musayevaya lazımi tibbi yardım göstərib, vəziyyəti hazırda stabildir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR